Çin BMT-nin Rusiyaya sanksiyalarını pisləyir

 11:59 25.02.2025     85

ABŞ tezliklə anti-Rusiya sanksiyalarını ləğv edə bilər, çünki Donald Tramp administrasiyası bunda iqtisadi imkanlar görür.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Pulun Trampı həqiqətən motivasiya edən bir neçə şeydən biri olduğunu başa düşən ruslar, biznes təkliflərinin uzun siyahısı ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gəldilər. Yaxın gələcəkdə ABŞnin Rusiyaya qarşı sanksiyalarının ləğvini gözləyin”, - nəşr qeyd edir.

Avropa İttifaqı (Aİ) ölkələrinin bu tədbirləri dəstəkləməyəcəyi və məhdudiyyət siyasətini davam etdirəcəyi də dəqiqləşdirilir.

Türkan İSGƏNDƏRLİ