Təbələ qız hoteldə doğduğu körpəni binadan ATDI

Bazar ertəsi Parisdə yeni doğulmuş körpə anası, 18 yaşlı amerikalı tələbə tərəfindən hotelin pəncərəsindən atıldıqdan sonra ölüb.
Redaktor.az "Lematin"ə istinadla xəbər verir ki, prokurorluq məlumatı təsdiqləyərək bildirib ki, körpə səhər saat 6 radələrində 20-ci rayondakı hotelin ikinci mərtəbəsinin pəncərəsindən atılıb.
“Yeni doğulan körpə təcili yardıma aparılsa da, sağ qalmayıb”, - rəsmi açıqlamada deyilir.
Məlumata görə, ana doğuşdan sonra əməliyyat olunacağı xəstəxanaya aparılıb.
“15 yaşına çatmayan azyaşlının qətli” ilə bağlı araşdırmanın aparılması yetkinlik yaşına çatmayanların müdafiəsi bölməsinə həvalə edilib və dövlət ittihamçısı hadisə yerinə gedib.
T.İSMAYIL