İş adamı xanımıyla birlikdə faciəvi şəkildə ÖLDÜ

 15:25 25.02.2025     190

İzmir şəhərində dəhşətli qəza baş verib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Qarşıqaya rayonunda iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada iş adamı, 71 yaşlı Məhmət Kazım Sərtdəmir və həyat yoldaşı, 72 yaşlı Şəniyə Sərtdəmir həyatını itirib. Daha iki nəfər isə yaralanıb.

Əldə edilən məlumata görə, sükan arxasında olan M.Sərtdəmir idarəetməni itirərək qarşı tərəfdən gələn avtomobilin yoluna çıxıb və ağır qəza baş verib.

Hadisəylə bağlı polis araşdırmaya başlayıb.

Vasif