Serbiya USAID-dən maliyyə alan qrupları araşdırır

 19:07 25.02.2025     69

Serbiya hakimiyyət orqanları USAID-dən maliyyə alan qrupları araşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Serbiya prokurorları ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) alınan vəsaitlərin sui-istifadəsi iddiası ilə bir neçə vətəndaş cəmiyyəti qrupuna qarşı araşdırmaya başlayıb.

Serbiyanın Baş prokuror Nenad Stefanoviç bildirib ki, istintaq dörd təşkilatla bağlı aparılır: "Səlahiyyətlilər USAID tərəfindən verilən ianələrlə bağlı bütün sənədlərə həbs qoyulmasını tələb ediblər".