Kanadada İlon Mask əleyhinə imza kampaniyası başladıldı

Kanadada ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi İlon Maskın vətəndaşlığının ləğvi üçün imza kampaniyası başladılıb. Kampaniya Maskın “ölkənin milli maraqlarına zidd fəaliyyət göstərməsi” ilə əsaslandırılıb.
Redaktor.az xəbər verir ki, Kanada Parlamentinin rəsmi saytında yayımlanan məlumata görə, indiyədək 240 min 554 kanadalı petisiyanı imzalayıb.
Mask isə bu təşəbbüsə “X” platformasında reaksiya verərək Kanadanın “gerçək bir ölkə olmadığını” iddia edib.
Kənan YUSİF