Rəqəmsal asılılığa qarşı mərhələli tənzimləmə təklif edəcəyik - Mahinur Göktaş

 21:52 25.02.2025     70

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş rəqəmsal asılılıqla bağlı yeni tənzimləmə təklif edəcəklərini bildirib. Onun sözlərinə görə, 13 yaşadək məhdudiyyət, 13-16 yaş arası isə valideyn icazəsi tələb edən mərhələli bir model üzərində işlər yekunlaşmaq üzrədir.

Redaktor.az xəbər verir ki, Göktaş bu fikirləri "Çocuk Hüquqları İzləmə və Dəyərləndirmə Qurumu"nun TÜİK Konfrans Salonunda keçirilən iclasında səsləndirib.

O, 2024-cü ildə həyata keçirilən fəaliyyətləri dəyərləndirmək üçün toplandıqlarını vurğulayıb və uşaqlar üçün görülən bütün işlərin "uşağın ali mənafeyi" prinsipi əsasında aparıldığını qeyd edib.

Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın “Dünyaya göz açan hər övladımızın hər anında, hər ehtiyacında yanında olacağımız bir sistem qurduq” sözlərini xatırladıb.