Almaniyada türk klubuna irqçi hücum EDİLDİ

Almaniyanın Dortmund şəhərində türklər tərəfindən qurulan Eving Selimiye Spor klubunun lövhəsinə irqçi ifadələr yazılıb.
Redaktor.az xəbər verir ki, Dortmund Böyükşəhər Bələdiyyə Məclisinin üzvü Emre Güleç açıqlamasında hadisəni kəskin şəkildə qınadıqlarını bildirib.
Onun sözlərinə görə, Almaniya amatör liqası Bezirksliga-da mübarizə aparan klubun giriş lövhəsi parçalanıb, arxa hissəsinə qan rəngini xatırladan qırmızı boya ilə irqçi yazılar yazılaraq bina girişinə qoyulub.
Güleç xüsusilə "Türke" sözünün yanaşı, neonasist çevrələrdə irqçi və nasist ideologiyalarının simvolu kimi istifadə edilən "1488" kodunun da yazıldığını vurğulayıb.
Kənan YUSİF