Almaniyada hava limanında bir çox uçuş ləğv OLUNACAQ

Almaniyanın Münih Hava Limanında 27-28 fevral tarixlərində ictimai sektor və yer xidmətləri işçilərinin 48 saatlıq xəbərdarlıq tətilləri ciddi ləngimələrə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, hava limanının açıqlamasına görə, "Ver.di" Həmkarlar İttifaqı hava limanındakı müxtəlif şirkətlərin işçilərini tətilə qoşulmağa çağırıb. Bu addım əsasən maaş artımı və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə atılıb.
Tətillər səbəbindən hava nəqliyyatına ciddi təsir gözlənilir. Ümumilikdə 1600-dən çox uçuşun böyük hissəsinin ləğv ediləcəyi bildirilir.
"Ver.di", hava limanında çalışan işçilər üçün maaşların 8% artırılmasını, ayda ən az 350 avro əlavə ödəniş və 3 gün əlavə məzuniyyət tələb edir. İşəgötürənlər isə artan faiz dərəcələri və maliyyə çətinliklərini əsas gətirərək bu tələblərin onları çətin vəziyyətə salacağını bildirir.
Kənan YUSİF