Finlandiya Trampa görə NATO-dan çıxarılacağından qorxur

 10:14 26.02.2025     94

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Moskva ilə münasibətlərini yaxşılaşdırmaq üçün Finlandiya və İsveçin NATO-dan çıxarılmasını tələb edə bilər.

Redaktor.az xəbər verir ki, bu fikri Finlandiyanın Beynəlxalq Münasibətlər İnstitutu məlumat yayıb.

“Rusiya ABŞ ilə razılaşmalar çərçivəsində NATO-dan 1997-ci il sərhədlərinə qayıtmasını tələb edə bilər ki, bu da praktiki olaraq alyansa yeni qoşulan Finlandiya və İsveçin kənarda qalması demək olardı. Biz buna hazır olmalı və soyuqqanlılığımızı qorumalıyıq”, - deyə qeyd olunur.

Qeyd edək ki, Finlandiya 2023-cü ilin aprelində rəsmi olaraq NATO-ya üzv olub.

Türkan İSGƏNDƏRLİ