Paralel kainatın varlığına dair sübutlar AŞKARLANDI

 11:12 26.02.2025     85

ABŞ və İsveçrədən olan bir qrup fizik paralel dünyaların mövcudluğuna dair ilk potensial sübutu əldə etdiklərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “News Frol” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, alimlər hissəciklərin sürətləndiricisində anomal kvant kənarlaşmaları aşkar ediblər. Qeyd olunur ki, bu dəyişikliklər klassik elm baxımından izah edilə bilməz. Layihənin aparıcı mütəxəssisinin sözlərinə görə, əldə edilən məlumatlar atomaltı səviyyədə reallığımızla qarşılıqlı əlaqədə olan görünməz “kölgə” kainatın mövcudluğundan xəbər verə bilər.

Məqalədə deyilir ki, bu fərziyyə doğru çıxsa, bu, müxtəlif ölçülər arasında hərəkət etməyə imkan verən texnologiyaların inkişafına yol açacaq.

Türkan İSGƏNDƏRLİ