HƏMAS girovlardan birini İsrailə təhvil verəcək

İsrailli girov Ohad Yaalominin cənazəsi İsrailə təhvil veriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstin ordusu məlumat yayıb.
İnformasiyanı HƏMAS-ın müttəfiqlərindən biri, Xalq Müqavimət Komitələri hərəkatının hərbi qanadı olan Fələstinin “Əl-Nasir Salahəddin Briqadaları” radikal qruplaşması da təsdiqləyib.
Məlumata görə Fransa vətəndaşlığı da olan girovun nəşi fevralın 27-də səhər saatlarında qaytarılacaq.
Türkan İSGƏNDƏRLİ