Tarixdə pasport ilk dəfə harada və nə vaxt istifadə olunub?

 12:52 26.02.2025     160

Bu gün beynəlxalq səyahətlər üçün vazkeçilməz olan pasportların əslində əsrlərə aid bir tarixi var.

Pasport sadəcə səyahət sənədi deyil, tarixin müxtəlif dövrlərində fərdlərin azadlığını və hərəkətliliyini müəyyən edən bir vasitə olmuşdur. Fars İmperiyasından günümüzün biometrik pasportlarına qədər uzanan bu proses səyahətin necə inkişaf etdiyini ortaya qoyur.

Redaktor.az-ın məlumatına görə, pasport kimi sənədlərdən istifadə bəşəriyyətin ilk təşkilatlanmış cəmiyyətlərinə gedib çıxır. Yazılı tarixdə məlum olan ən qədim pasport nümunələrindən biri Fars İmperiyasına aiddir. Eramızdan əvvəl 450-ci illərdə məşhur yunan tarixçisi Herodot Fars kralı I Artakserksin verdiyi səyahət sənədini qeyd edib. Bu sənəd onun sahibinə imperiya sərhədləri daxilində sərbəst hərəkət etmək hüququ verib.

Rəsmi pasportun ilk nümunələrindən biri 1414-cü ildə İngiltərə kralı V Henri tərəfindən verilmişdir. Bu sənədlər Britaniya vətəndaşlarına xaricə təhlükəsiz səyahət etmək imkanı verirdi.

İndiki mənada pasportların əsasını qoyan sistem I Dünya Müharibəsindən sonra ortaya çıxıb. Müharibə illərində təhlükəsizlik problemləri ilə əlaqədar ölkələr sərhəd nəzarətini gücləndirdilər və şəxsiyyətin yoxlanılmasına ehtiyac artdı. 1920-ci ildə Millətlər Liqası beynəlxalq pasport standartı yaratdı və bugünkü pasport sisteminin əsasını qoydu.

Bu gün pasportlar hər bir ölkənin öz qaydalarına uyğun formalaşdırılsa da, beynəlxalq səyahət və şəxsiyyətin yoxlanılması üçün ən vacib sənədlərdən biri olmağa davam edir. Xüsusilə biometrik pasportlar rəqəmsal təhlükəsizlik sistemləri ilə təchiz olunub, səyahət proseslərini sürətləndirir və təhlükəsizliyi artırır.

Vasif