Bu ölkədə təyyarə yaşayış binasına çırpıldı - 46 nəfər öldü

Sudanda hərbi təyyarə qəzaya uğrayıb.
Redaktor.az bu barədə AFP-yə istinadla xəbər verir.
Məlumata görə, təyyarə havaya qalxdıqdan sonra texniki nasazlıqlar səbəbindən yaşayış binasına çırpılıb. Qəza nəticəsində 46 nəfər ölüb.
Ölənlər arasında Xartumda yüksək rütbəli komandir, əvvəllər hərbi dairənin keçmiş komandanı çalışmış general-mayor Bahr Əhməd də var.