Kiyevin silahlandırılması planı qəbul edilməzdir- LAVROV

Lavrov:"Ukraynanın yenidən hərbiləşdirilməsi ssenarisi qəbuledilməzdir".
Redaktor.az bu barədə "RİA Novosti"-ya istinadla xəbər verir.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Ukraynanın yenidən hərbiləşdirilməsi məqsədilə sülh sazişlərinin bağlanmasının əleyhinə olduğunu bəyan edib. "RİA Novosti"-ya açıqlamada, Lavrov bildirib ki, Kiyevin silahlandırılması planı qəbul edilməzdir.
“Biz, Ukraynanı yenidən silahlandırmaq məqsədini güdən hər hansı bir razılaşma ilə razılaşa bilmərik,” – deyə Lavrov vurğulayıb.
Aytəkin TOFİQQIZI