Nüvə gücləri arasında yüksək toqquşma RİSKİ

Xarici İşlər Nazirliyi nüvə gücləri arasında yüksək toqquşma riski barədə xəbərdarlıq edib.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla xəbər verir.
Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Verşinin, nüvə gücləri arasında baş-başa hərbi toqquşma riskinin son dərəcə yüksək olduğunu bildirib. "RİA Novosti"-ya açıqlamada, Verşinin beynəlxalq təhlükəsizliyin ciddi böhran içərisində olduğunu və vəziyyətin sürətlə pisləşdiyini qeyd edib.
“Biz BMT-nin yaradılmasının 80 illiyinə yaxınlaşırıq. Vəziyyət acınacaqlı sürətlə pisləşir və nüvə gücləri arasında baş-başa hərbi toqquşma riski son dərəcə yüksəkdir. Demək olar ki, hər yerdə gərginlik və münaqişənin artması müşahidə olunur,” - deyə diplomat vurğulayıb.
Aytəkin TOFİQQIZI