Faydalı qazıntılardan istifadə qaydalarına dair saziş nəzərdən keçirəcək

 15:54 26.02.2025     83

Ukrayna Nazirlər Kabineti fevralın 26-da ABŞ ilə faydalı qazıntılardan istifadə qaydalarına dair sazişin yekun variantını nəzərdən keçirəcək.

Redaktor.az bu barədə "RBC Ukrayna" teleqram kanalına istinadla xəbər verir.

Baş nazir Denis Şmyhal, bu sazişin ilkin hüquqi tədbirləri əhatə etdiyini və gələcəkdə Ukraynanın bərpası üçün investisiya fondu yaradılacağını bildirib. Bu fond Ukrayna və ABŞ tərəfindən bərabər şəkildə idarə olunacaq və doldurulacaq.

Aytəkin TOFİQQIZI