Paşinyanın mətbuat katibinin evi qarət OLUNDU

 16:50 26.02.2025     80

Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın İrəvandakı evi qarət olunub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Armlur” yayıb.

Bildirilib ki, evdən külli-miqdarda pul oğurlanıb.

Bundan sonra Baş nazir Nikol Paşinyan Polisin və Daxili İşlər Nazirliyinin rəhbərliyinə mənzillərin qarət olunması faktlarını araşdırmağı tapşırıb.

Nəticədə bu cinayətlərin törədilməsində şübhəli bilinən bir qrup şəxs saxlanılıb.