Putin və Tramp arasında görüş hələ ki, planlaşdırılmayıb - Ağ Ev

Rusiya dövlət başçısı Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş hələ ki, planlaşdırılmayıb.
Redaktor.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Hələ hər hansı bir görüş planlaşdırılmayıb. Əgər belə bir görüş planı olsa, prezident özü ictimaiyyətə bu barədə məlumat verəcək", mətbuat katibi bildirib.
O, həmçinin Rusiya Federasiyası və ABŞ prezidentləri arasında fevralın 12-də baş tutan telefon söhbətindən danışarkən Trampın sözlərinə istinad edərək Moskva və Kiyevin sülh və “hamı üçün iqtisadi rifah” naminə çalışdıqlarını deyib.