Zelenskinin Vaşinqtona səfəri TƏSDİQLƏNDİ

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-i cümə günü Vaşinqtona uçacaq.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında deyib.
“Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqini tapıb”, - deyə o qeyd edib.
Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenskinin səfəri çərçivəsində Ukraynanın resursları ilə bağlı saziş imzalanacaq.