İsrail həbsxanalarında ölən fələstinlilərin sayı AÇIQLANDI

İsrail həbsxanalarında 7 oktyabr 2023-cü ildən bəri həyatını itirən fələstinlilərin sayı 60-a yüksəlib.
Redaktor.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Əsir İşləri Komitəsi və Fələstin Əsir İşləri Cəmiyyətinin birgə açıqlamasına görə, qəzzalı 34 yaşlı əsir Rafət Adnan Əbdüləziz həbsxanada dünyasını dəyişib.
Onun 7 oktyabrdan bəri qardaşı Şadi ilə birlikdə saxlanıldığı və girov götürüldüyü zaman yaralandığı bildirilir.
Ölüm səbəbi ilə bağlı isə hər hansı açıqlama verilməyib.
Kənan YUSİF