TBMM-də bu qanun layihəsi qəbul EDİLDİ

 22:18 26.02.2025     89

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ətraf Mühit Komissiyasında "İqlim Qanunu" layihəsi qəbul edilib.

Redaktor.az xəbər verir ki, qanun layihəsinə əsasən, İqlim Dəyişikliyi Başqanlığı tərəfindən Emissiya Ticarət Sistemi (ETS) yaradılacaq. Bu sistem çərçivəsində milli təyinat planı hazırlanacaq vəpaylanma həyata keçiriləcək.

Yeni sistemin əsas məqamları bunlardır:

ETS çərçivəsində istixana qazı emissiyalarına səbəb olan müəssisələr, İqlim Dəyişikliyi Başqanlığından icazə almalı olacaq.

İcazənin müddəti ərzində müəssisənin fəaliyyəti və ya sahibində dəyişiklik baş verərsə, icazə yenilənə və ya ləğv edilə bilər.

İllik istixana qazı emissiya dəyərləri təsdiqlənmiş müəssisələrə uyğun olaraq kvotalar təyin ediləcək.

Qanun layihəsi, Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə hüquqi çərçivəsini formalaşdırmaq və beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün atılmış mühüm addım hesab edilir.

Kənan YUSİF