"Reyhanlı" hücumunun iştirakçılarından biri həbs edildi

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində 2013-cü ildə Hatayın Reyhanlı rayonunda 53 nəfərin ölümü ilə nəticələnən terror hücumunun iştirakçılarından biri olan Temir Dükancı həbs edilib.
Redaktor.az xəbər verir ki, Reyhanlı terror hücumu ilə bağlı Ankara 9-cu Ağır Cəza Məhkəməsində keçirilən iclasa Dükancı Hataydan video bağlantı vasitəsilə qoşulub.
O, partlayış zamanı Türkiyədə olmadığını və bombalı avtomobilin uzaqdan partladılması ilə əlaqəsinin olmadığını iddia edib.
Lakin ifadəsində bombanı avtomobilə yerləşdirdiyini etiraf edən Dükancı, bunu M.G adlı şəxsin təlimatı ilə etdiyini bildirib.
Məhkəmə Dükancını "dövlətin birliyini və ölkə bütövlüyünü pozmaq" və "xüsusi qəsdlə adam öldürmək" maddələri ilə həbs edib.
Kənan YUSİF