BMT Ukraynada ədalətli və davamlı sülhə çağırır

 22:44 26.02.2025     105

BMT Ukraynada beynəlxalq hüquqa uyğun olaraq ədalətli və davamlı sülh istəyir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə jurnalistlərə məlumat verib.

“Biz münaqişəyə son qoymaq və müvafiq qətnamələrə və beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli və davamlı sülhə nail olmaq istəyirik”, - o, Ukrayna böhranının sülh yolu ilə nizamlanması perspektivləri ilə bağlı suala cavabında deyib.

Turan İSMAYIL