Kadırovun oğlu Ərəb Arbitraj Məhkəməsinin üzvü oldu

Çeçenistan rəhbərinin təhlükəsizlik departamentinin rəhbəri və respublika rəhbərinin oğlu Adam Kadırov Misirə səfəri zamanı Ərəb Arbitraj Məhkəməsinə üzvlük sertifikatı alıb.
Redaktor.az xəbər verir ki, bu barədə onun atası Ramzan Kadırov teleqram kanalında məlumat verib.
“Səfərin mühüm nəticələrindən biri Adam Kadırova Ərəb Arbitraj Məhkəməsinə ömürlük üzvlük sertifikatının təqdim edilməsi oldu. O, həmçinin “Liviyanın fəxri qonağı” medalı ilə təltif edilib”, - deyə Kadırov bildirib.
Onun sözlərinə görə, bu, Adam Kadırovun beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfənin və ona göstərilən yüksək etimadın tanınmasından xəbər verir.
Misirdə Ərəb İqtisadi Birliyi Şurasının Baş Katibliyinin nümayəndələri ilə Çeçenistan nümayəndə heyəti arasında danışıqlar aparılıb. Ramzan Kadırov qeyd edib ki, görüşün əsas məqsədi müxtəlif sahələrdə investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarının müzakirəsi olub.
Turan İSMAYIL