Qaraciyər transplantasiyası əməliyyatı keçirən aktrisa vəfat etdi

Amerikalı aktrisa, “Gossip Girl” və “EuroTrip” seriallarının ulduzu Mişel Traxtenberq 39 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə “The New York Post” yazır.
“Traxtenberqin anası onu çərşənbə günü səhər saat 8 radələrində Manhettenin "Central Park South" məhəlləsindəki 51 mərtəbəli lüks yaşayış kompleksi "One Columbus Place"da tapıb. Mənbələrin bildirdiyinə görə, aktrisa bu yaxınlarda qaraciyər transplantasiyası əməliyyatı keçirib”, - nəşr yazır.
Polis ölümün cinayət xarakterli olduğuna inanmır. Dəqiq səbəb məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən ediləcək.
Nəşr vurğulayır ki, instaqramdakı son fotolarda Traxtenberq yorğun və kövrək görünürdü.
Turan İSMAYIL