Rusiya ABŞ-yə Donbasın mineral sərvətləri ilə bağlı saziş təklif edib - KİV

 23:19 26.02.2025     106

İddialara görə, Rusiya Birləşmiş Ştatlara potensial saziş təklif edib ki, ona əsasən ABŞ Rusiyanın işğalı altında olan Ukraynanın Donbass və Zaporojya vilayəti ərazilərində hasil edilən nadir torpaq mineralları və digər qiymətli metallar üzrə hüquqların bir hissəsini alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbə kimi kəşfiyyat məlumatları ilə tanış olan adı açıqlanmayan iki Amerika rəsmisinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin köməkçiləri bu təklifi Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı Donald Tramp administrasiyasının rəsmilərinə səsləndiriblər. Digər məsələlərlə yanaşı, ABŞ-nin yeni ərazilərdə mineral ehtiyatlara çıxışını təmin edən ssenarilər təqdim edilib.

Turan İSMAYIL