Böyük Britaniyanın baş naziri əsas tələbi Trampa təqdim edəcək

Böyük Britaniyanın baş naziri Keir Starmer, ABŞ Prezidenti Donald Trampla görüşdə Ukraynadakı Avropa qoşunlarının təhlükəsizliyinin təmin edilməsini əsas tələb kimi irəli sürəcək.
Bu barədə Redaktor.az "Financial Times" qəzetinə istinadla məlumat verir.
Qəzetin məlumatına görə, Starmer silahlı münaqişəyə son qoyulması üçün bu şərtin vacibliyini vurğulayıb və ABŞ-nin dəstəyinə ehtiyac olduğunu bildirib.
Starmer fevralın 27-də Trampla görüşündə Böyük Britaniyanın Ukraynanın təhlükəsizliyini təmin etmək üçün üzərinə öhdəlik götürməyə hazır olduğunu açıqlama ehtimalı var. Daha sonra martın 2-də Avropa siyasətçiləri ilə görüşəcək və bu məsələnin necə həyata keçiriləcəyini ABŞ lideri ilə müzakirə edəcək.
Rusiya prezidenti Vladimir Putin isə Ukraynada sülhün mümkün qədər tez əldə olunmasının vacib olduğunu bildirib və Kiyevi “mehriban qonşuya çevirmək”də maraqlı olduqlarını qeyd edib. Putin, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin münaqişənin həllinə mane olduğunu bildirib.
Aytəkin TOFİQQIZI