ABŞ Ali Məhkəməsi Trampa güzəştə gedir

 11:13 27.02.2025     73

ABŞ Ali Məhkəməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının xarici yardımın dondurulmaması üçün son tarixi təxirə salmaq tələbini təmin edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

"ABŞ Ali Məhkəməsinin sədri Con Roberts federal hakimin Tramp administrasiyasına gələn həftəyə qədər təxminən 2 milyard dollarlıq xarici yardım ödənişlərini bərpa etməyə icazə verməsi barədə qərarını müvəqqəti olaraq dayandırıb. Onun əmri mübahisəni həll etmir, lakin aşağı məhkəmənin səlahiyyətlərini aşması ilə bağlı administrasiyanın iddiasına baxmaq üçün yuxarı instansiyaya vaxt verir”, - nəşr yazır.

Bundan əvvəl federal hakim ABŞ prezident administrasiyasına iki gün ərzində xarici yardımın dondurulmasını dayandırmağı əmr etmişdi . Qeyd olunur ki, fevralın ortalarında məhkəmə artıq Tramp administrasiyasına ödənişləri bərpa etməyi tapşırıb, lakin heç bir tədbir görülməyib.

Türkan İSGƏNDƏRLİ