Fransa ABŞ-Ukrayna resurs danışıqlarının bir hissəsi olmaq istəyir

 12:46 27.02.2025     86

Fransa, ABŞ və Ukrayna arasında mineral ehtiyatları ilə bağlı aparılan danışıqlarda iştirak etmək istəyir.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Franceinfo radiostansiyasının efirində bildirib. Lekornu, Fransanın müdafiə sənayesinin gələcəkdə resurslara ehtiyacı olacağını və bu səbəbdən Ukrayna ilə müzakirələrə daxil olmaq istədiklərini qeyd edib. O, Fransa prezidenti Emmanuel Makronla bu məsələni müzakirə etdiyini və artıq ukraynalı həmkarı ilə də danışıqlar apardığını vurğulayıb. Lekornu əlavə edib ki, Fransa, yalnız yaxın illər üçün deyil, 30-40 il ərzində silah sisteminin açarı olacaq resurslara ehtiyac duyur.

Aytəkin TOFİQQIZI