ABŞ, Trampın siması olan əskinasın dövriyyəyə buraxılmasını təklif etdi

Respublikaçı konqresmen Joe Wilson, üzərində Donald Trampın siması olan 250 dollarlıq əskinasın buraxılmasını təklif edib.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla xəbər verir.
Wilson, yeni əskinasın buraxılması üçün müvafiq layihə hazırlayır və bu təşəbbüsü ABŞ-da inflyasiyanın artması ilə izah edir. Onun fikrincə, inflyasiya vətəndaşları daha çox nağd pul daşımağa məcbur edir. Lakin təklif, ABŞ qanunlarına ziddir, çünki əskinaslarda yaşayan insanların portretlərinin çapı qadağandır. Trampın simasının əskinaslarda yer alması ilə bağlı ilk təklif 2024-cü ilin iyununda irəli sürülüb. Həmçinin, ABŞ-da nominal dəyəri 100 dollardan çox olan əskinasların istehsalı 1969-cu ildən dayandırılıb.
Aytəkin TOFİQQIZI