Rusiyada hökumət binasına qumbara ATILDI

 14:36 27.02.2025     92

Rusiyanın Samara vilayətində hökumət binasına qumbara atılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.

Onun sözlərinə görə, insident nəticəsində tələfat və xəsarət alan olmayıb.

Partlayış nəticəsində səki plitələrinə ziyan dəyib.

Qumbaranı atan şəxs saxlanılıb. Hadisənin motivləri araşdırılır (APA).