Rusiya WhatsApp-ı CƏRİMƏLƏDİ

Rusiya WhatsApp-ı cərimələyib.
Redaktor.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.
Məlumata görə, “WhatsApp” ölkədə istifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün 17 milyon rubl (təxminən 195 min dollar) cərimələnib.
Məhkəmə WhatsApp-ın Rusiyadakı tətbiqdə istifadəçilərin məlumatlarını lokallaşdırmayaraq qanuna tabe olmadığına qərar verib və şirkətə 17 milyon rubl cərimə ödəməyə məcbur edib.
Kənan Yusif