Avropa dövlətləri Ukraynanı NATO-ya üzv olaraq görmək istəyir - ŞƏRH

 16:27 27.02.2025     117

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Ukraynanın NATO-ya üzv olmaq istəyinin müharibənin başlamasına rəvac verdiyini qeyd edib.

“Ukrayna NATO-ya üzvlüklə bağlı məsələni artıq unutmalıdır”,- deyə Amerika lideri bildirib.

Trampın fikirləri Ukraynanın NATO-ya üzv olmaq istəyinə təsir edəcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Trampın Ukraynanın NATO-ya üzvlüklə bağlı məsələsinə aydınlıq gətirməsi, erkən verilmiş açıqlama kimi dəyərləndiririlir:

"Ola bilsin ki, Amerika Birləşmiş Ştatları Ukraynanın NATO-ya üzvlük məsələsində veto qoymaq imkanına malikdir. Amma Trampın hakimiyyəti 4 ildir. 4 ildən sonra o hakimiyyətdən gedəcək. Ukraynanın NATO-ya üzv olmaması məsələsində belə mövqe bildirmək, fikrimcə, erkən verilmiş açıqlamadır. Trampın dediklərinin əksinə olaraq Avropa dövlətləri Ukraynanın NATO-ya üzv olaraq görmək istəyir. Əgər bir dövlət veto qoyursa, ölkə üzvlüyə qəbul ola bilmir. Mən düşünürəm ki, bunu Trampdan sonrakı dövrdə də edə bilərlər. Vaxtı o zamana qədər uzada bilərlər".

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Politoloq qeyd etdi ki, Amerika Birləşmiş Ştatları özü NATO-dan çıxmağı planlayır.

"Əgər bu baş verəcəksə, digər dövlətlər Ukraynanı öz sıralarında görməyə çalışacaqlar.
Heç bir vəziyyətdə Ukraynanı NATO-dan uzaqlaşdırmaq fikrini mən qəbul etmirəm. Ukrayna NATO-ya daxil olmasa belə, NATO-ya üzv olan, istər Fransa, Böyük Britaniya, Almaniya və s. onlar Ukrayna ilə yüksək səviyyəli bir əməkdaşlıq müqaviləsi imzalayıb, NATO üzvünə verilən imtiyazlar qədər Ukraynaya dəstək verə biləcəklərini düşünürəm", - deyə S.Hümbətov vurğuladı.

Aytəkin TOFİQQIZI