Rusiya Gümrüyə yeni Baş konsul təyin ETDİ

 16:25 27.02.2025     206

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin əmri ilə İqor Titov Rusiyanın Ermənistanın Gümrü şəhərindəki Baş konsulu təyin edilib.

Redaktor.az xəbər verir ki, Titov Yaponiyada "Rossotrudniçestvo" nümayəndəliyinin rəhbəri, "Rusiya-Yapon Cəmiyyəti" Ümumrusiya İctimai Təşkilatının prezidenti vəzifəsində çalışıb.

O, Rusiyanın Ermənistanın Qafan şəhərində Baş Konsulluğunun açılması ilə bağlı qabaqcıl qrupun rəhbəri olub.