Əminə Ərdoğan Qaziantep səfəri ilə bağlı paylaşım ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Qaziantep ziyarəti ilə bağlı paylaşım edib.
Redaktor.az xəbər verir ki, O, sosial media hesabında zəlzələdən sonra inşa edilən yeni yaşayış məntəqələrindəki sakinlərlə görüşməyin həyəcanını yaşadıqlarını bildirib.
Zəlzələ Binaları OKİ Sitesində aparılan işlərin şəhərləri yenidən ayağa qaldırmaq üçün həmrəylik və qətiyyətin ən güclü nümunəsi olduğunu vurğulayan Əminə Ərdoğan “Karakuyu Ortaokulu Şule Yüksel Şenler Kitabxanası”nın açılışı ilə bağlı da fikirlərini bölüşüb:
"Bu kitabxana yalnız kitabları deyil, uşaqlarımızın xəyallarını da daşıyacaq. Çünki bilirik ki, biliklə yetişən hər bir fərd gələcəyin qurulmasında ən böyük qüvvədir. Şule Yüksel Şenler Vəqfinin 11 zəlzələ bölgəsində qurduğu kitabxanaların, nəsildən-nəsilə ötürüləcək elm ocaqları olmasını arzulayıram. Bu gün torpaqla birləşdirdiyimiz ağac kimi, Şule Yüksel Şenler Kitabxanalarının da bilik, ümid və həmrəyliyi əbədi yaşatmasını diləyirəm. Millətimizə xeyirli-uğurlu olsun".
Kənan YUSİF