Terroru bitirəcək hər addım, hər çağırış qiymətlidir - Hayati Yazıcı

AK Partinin Başqan müavini Hayati Yazıcı, İmralıdan terror təşkilatı PKK-ya edilən "silah buraxma" çağırışı ilə bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, Yazıcı, terror təşkilatinin tamamilə silahı buraxması və özünü buraxma çağırışını mühüm addım kimi dəyərləndirib.
O, sosial media hesabında bunları yazıb:
"Ölkəmizi ‘Terrorsuz Türkiyə hədəfinə çatdıracaq, terroru bitirəcək hər addım, hər çağırış qiymətlidir. Bütün ünsürləri ilə birlikdə terror təşkilatına silah buraxma və ləğv olunma çağırışının əhəmiyyətli bir addım olduğunu düşünürük. Bu torpaqların mayasında birlik, bərabərlik, qardaşlıq və həmrəylik var. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və MHP Başqanı Dövlət Baxçalının açdığı tarixi fürsət pəncərəsi, ümid edirik ki, hədər edilməz".
Kənan YUSİF