Azərbaycanlı gənc ermənilərin hücumuna məruz qalan qadını xilas ETDİ

 10:12 28.02.2025     147

Qazaxıstanda yaşayan soydaşımız Pərviz Dədəcanov ermənilər tərəfindən hücuma məruz qalan uşaqlı qadını xilas edib.

Redaktor.az xəbər verir ki, bu haqda jurnalist Elçin Əlioğlu məlumat verib:

“Qazaxıstanın Almatı şəhərində baş verən kuryoz hadisə barədə “Rostov azərbaycanlıları” səhifəsi məlumat yayıb.

Lənkəranlı Pərviz Aydın oğlu Dədəcanov küçədə gedərkən iki nəfərin yanında iki övladı olan qadına qarşı zorakılıq etdiyini, onu qarət etməyə çalışdığını görüb. Qadının köməyinə çatan P.Dədəcanov sözügedən şəxslərlə dava edib.

P.Dədəcanov qadını və uşaqlarını xilas edib, hadisə yerinə isə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, hücum edən iki nəfər erməni əsillidir. Onlar üzlərinin əzilməsi və çənələrinin qırılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

P.Dədəcanovu isə polis saxlayıb. Hadisə araşdırıldıqdan və lənkəranlı gəncin qadını və uşaqları xilas etdiyi üzə çıxandan sonra o, azadlığa buraxılıb".

Vasif