Teleqramda yeni funksiya

 16:43 28.02.2025     81

Naməlum istifadəçidən mesaj aldıqda, "Telegram" messencerində onun haqqında əlavə məlumatlar göstəriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Durova’s Code” portalı məlumat yayıb.

Bildirilir ki, naməlum "Telegram" istifadəçisindən mesaj alan şəxs göndərənin əlaqə siyahısında olub-olmadığını, telefon nömrəsinin hansı ölkədə qeydiyyatdan keçdiyini və hesabın təsdiq işarəsi alıb-almadığını görəcək. Bundan əlavə, messencerdə profilin "Telegram"da qeydiyyatdan keçmə tarixi və bu istifadəçi ilə ümumi qrupların mövcudluğu göstəriləcək.

Portalın məlumatına görə, messencerə şəxsi balansdan “ulduzları” çıxarmaq düyməsi, “ulduzlarla” "Telegram Premium" hədiyyə abunəsi üçün ödəniş etmək imkanı və profilə hədiyyə sancmaq kimi digər funksiyalar da əlavə olunacaq.

Aytəkin TOFİQQIZI