"Terror qrupları silahı yerə qoymalıdır" - Ömer Çelik

 16:44 28.02.2025     81

İraq və Suriya da daxil olmaqla, Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olan bütün qruplar silahı yerə qoymalıdır.

Redaktor.az xəbər verir ki, bu sözləri Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

"Bəziləri indi Türkiyənin terrorçuları tərksilah çağırışı kontekstində istisnalardan danışmağa çalışırlar. Bunu yalnız İraqdakı təşkilata aid olan sual kimi təqdim etməyə çalışırlar. Yox, "terror təşkilatı" deyəndə, onun İraq və Suriyadakı bütün elementləri də daxil olmaqla, adından asılı olmayaraq, tamamilə yox edilməsini nəzərdə tuturuq. Terror təşkilatının bütün ünsürləri silahlarını yerə qoymalıdır", - Çelik bildirib.

O, əlavə edib ki, terrorçularla heç bir sövdələşmə və ya danışıqlar aparılmayacaq. 

Türkan İSGƏNDƏRLİ