Hindistanda 41 nəfər qar uçqunu altında QALDI

Hindistanın Uttarakhand ştatında baş verən qar uçqunu nəticəsində 57 nəfər qar altında qalıb, onlardan 16-sı xilas edilib.
Redaktor.az xəbər verir ki, "Hindustan Times" qəzeti xəbər verir ki, qar uçqunu Çinin Tibet Muxtar Bölgəsi ilə sərhədə yaxın ərazidə baş verib.
Rəsmi şəxslərin açıqlamalarına görə, umqundan zərər çəkən bölgəyə nəqliyyatın mümkün olmaması və çətin hava şəraiti xilasetmə işlərini ləngidir. Hazırda itkin düşən 41 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Kənan YUSİF