Nepalda 5,5 bal gücündə zəlzələ baş VERDİ

Nepalın Kodari kəndi yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, yerli vaxtla səhər saatlarında baş verən zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hələlik itkilər və dağıntılar barədə məlumat verilmir. Tsunami təhlükəsi elan olunmayıb.
Kənan YUSİF