Trampla Zelenski arasında gərgin anlar - VİDEO

Ukrayna Prezident Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb.
Redaktor.az xəbər verir ki, dava Zelenskinin ABŞ-nin vitse-prezidenti J.D.Vensin Ukraynanın ABŞ ilə razılaşmalı olması ilə bağlı şərhinə verdiyi cavabdan sonra başlayıb.
-Zelenski “Allah qorusun, sizə müharibə olmasın” deyib.
“Sən bunu bilmirsən, bizə nə hiss etdiyimizi demə”, – Tramp deyib.
İki tərəf arasında artan mübahisədən sonra Tramp deyib ki, Ukrayna gələcək razılaşmanın şərtlərini təyin etmək iqtidarında deyil.
“Siz yaxşı vəziyyətdə deyilsiniz. Hazırda əlinizdə heç bir kartınız yoxdur”, - Tramp deyib.
“Mən kart oynamıram” deyə Zelenski Trampa cavab verib.
Tramp isə ona Ukraynaya hörmətsizlik etdiyini və onunla oynamaq iqtidarında olmadığını deyib.