Əminə Ərdoğan İslam aləminin Ramazan ayını təbrik ETDİ

 23:19 28.02.2025     239

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Ramazan ayı münasibətilə təbrik mesajı yayımlayıb.

Redaktor.az xəbər verir ki, Əminə Ərdoğan sosial media hesabında paylaşım edərək bunları bildirib:

"Mənəvi huzur və bərəkət ayı Ramazana qovuşmanın sevinci ilə qəlblərimiz yenidən ümidlə dolur. Bu mübarək ayda qardaşlıq bağlarımızı daha da gücləndirməyi, süfrəmizi paylaşarkən könüllərimizi də birləşdirməyi diləyirəm. Dünyanın dörd bir yanında zülmə məruz qalan, əziyyət çəkən qardaşlarımız üçün dualarımızı əskik etməyək. Əziz millətimizin və İslam aləminin Ramazan-ı Şərifini təbrik edirəm".

Kənan YUSİF