"Oval kabinetdə bir qəhrəman və qorxaq bir araya gəldi" - Senatordan Trampa ETİRAZ

 23:36 28.02.2025     219

Amerikalı demokrat senator Adam Şiff Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın görüşünü şərh edərək, qəhrəmanla qorxağın Oval kabinetdə görüşdüyünü və görüşdən sonra qəhrəmanın Ukraynaya geri uçacağını qeyd edib.

Redaktor.az xəbər verir ki, bu barədə Şiff X sosial şəbəkəsində yazıb.

"Bu gün Oval kabinetdə bir qəhrəman və qorxaq bir araya gəldi. Görüş başa çatdıqdan sonra qəhrəman evinə - Ukraynaya qayıdacaq" - senator bildirib.

Qeyd edək ki, Oval kabinetdə Prezident Voldimir Zelenski ilə Donald Tramp arasında gərgin mübahisə yaranıb. Zelenski, Tramp və Vens arasında mübahisə Ukrayna prezidentinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi və Ukraynanı danışıqlara fəal şəkildə daxil etməyin zəruriliyi barədə danışmasından sonra baş verib.

Tramp daha sonra "Truth Social"da yazıb ki, Zelenski Amerikanın qarışdığı halda guya sülhə hazır deyil və əlavə edib ki, Ukrayna lideri sülhə hazır olduqda geri qayıda bilər.

Zelenski Trampla mübahisədən sonra Ağ Evi erkən tərk edib.

Polşanın baş naziri Donald Tusk bildirib ki, ukraynalılar tək deyil. O, bunu X-də Oval kabinetdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında mübahisədən sonra deyib.

Turan İSMAYIL