Zelenski Trampla mübahisədən sonra Ağ Evi erkən tərk ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Oval kabinetdə Donald Trampla mübahisə etdikdən sonra Ağ Evi erkən tərk edib. Vaşinqton və Kiyev mineral ehtiyatlara dair saziş imzalamayıb.
Redaktor.az bu barədə "Sky News"a istinadən xəbər verir.
"Volodimir Zelenski Oval kabinetdə Donald Trampla fırtınalı görüşündən sonra Ağ Evi tərk edib" - məlumatda deyilir.
İki liderin bu axşam birgə mətbuat konfransı keçirəcəyi gözlənilirdi, lakin bu, ləğv edilib. Ukrayna Prezidenti öz maşınına minərək Ağ Evdən uzaqlaşıb.
Qeyd edək ki, Oval kabinetdə Prezident Vladimir Zelenski ilə Donald Tramp arasında gərgin fikir mübadiləsi olub.
Turan İSMAYIL