Tramp ictimai mübahisədən sonra Zelenskidən Ağ Evi tərk etməyi şəxsən tələb edib - CNN

ABŞ Prezidenti Donald Tramp şəxsən Ukrayna Prezidenti Vladimir Zelenski ilə mübahisəsindən sonra ondan Ağ Evi tərk etməsini tələb edib.
Redaktor.az xəbər verir kii, bu barədə CNN Amerika administrasiyasındakı mənbəyə istinadən yazır.
Qeyd edilib ki, Tramp və Zelenski canlı televiziyada ictimai mübahisədən sonra fərqli otaqlara gediblər.
Məlumata görə, Ukrayna nümayəndə heyəti danışıqların davamını gözləyirmiş, bu müddət ərzində mineral torpaqlar haqqında sazişin imzalanması planlaşdırılırmış. Bununla belə, CNN mənbəsinin verdiyi məlumata görə, ukraynalılara onların getmə vaxtının yetişdiyi mesajı verilib. Bildirilib ki, bunun üçün göstərişi Tramp verib.
Xatırladaq ki, görüş zamanı Tramp Zelenskinin ABŞ-nin xaricdən müharibə “hiss edəcəyi” sözlərinə kəskin reaksiya verib. Mübahisə Ukraynaya təhlükəsizlik zəmanəti və Amerika yardımı ilə bağlı müzakirələr zamanı yaranıb.
Mübahisədən sonra bir sıra liderlər artıq Ukrayna prezidentinə, xüsusən də Fransa və Polşa liderləri dəstək sözlərini bildiriblər.
Turan İSMAYIL