"Tramp və Zelenski görüşünün ssenarisi Rusiya üçün yazılıb"

 10:05 01.03.2025     167

"1938-ci ildə B.Britaniyanın baş naziri Neville Chamberlain Hitlerlə Münih Sazişini bağladı. Bu sazişə görə, Hitlerə Çexoslovakiyanın Sudet vilayəti verildi. Chamberlain böyük fəxrlə bu sazişi "sülhü qorumaq" üçün imzaladığını elan etdi. Lakin Hitler dayanmadı. Əvvəlcə Çexoslovakiyanın qalan hissəsini, daha sonra Polşanı işğal etdi. Bununla da gözü doymadı və beləcə tarixin ən dəhşətli müharibəsi yaşandı".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O, Ukrayna prezident Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın qalmaqallı görüşünü belə şərh edib:

"Əgər 1938-ci ildə Çexoslovakiyanın Sudet vilayəti Hitlərə verilmək əvəzinə bu ölkələr birləşib Hitlerin burnunu sındırsaydılar, bəşər tarixinin ən qanlı müharibəsi baş verməzdi.

Məgər dünya siyasətinin nəhəngləri bu dəhşətli fakti bilmir? Əlbəttə bilir.

Odur ki, Tramp və Zelenski arasındakı görüşün ssenarisi dünya ictimaiyyəti və Rusiya üçün yazılmışdır.

Bu görüşdə onun yarıŞOU olduğunu təsdiq edən və yalnız diqqətli peşəkarların görə biləcəyi bir neçə mühüm element də vardır".

Vasif