PKK terror təşkilatı atəşkəs elan etdiyini AÇIQLADI

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.
Bu barədə Redaktor.az-a NTV-yə istinadənxəbər verir.
Açıqlamada terror təşkilatının lideri Abdullah Öcalanın çağırışına əməl ediləcəyi qeyd edilib.
Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.