Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski

"Mən özümü Donald Trampın qarşısında qətiyyən günahkar saymıram. Hesab edirəm ki, hərdən biz bəzi məsələləri jurnalistlərin iştirakı olmadan müzakirə etməliyik. Trampla münasibətlərimiz iki Prezidentin yanaşmasından daha yüksəkdə olmalıdır".
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "FOX News" telekanalına müsahibəsində deyib.
O, ABŞ lideri Donald Trampla görüşdən sonra ondan üzr istəyib-istəmədiyinə dair sualı cavablandırarkən belə vurğulayıb.
Qeyd edək ki, ABŞ-də səfərdə olan Volodimir Zelenskinin Prezident Donald Tramp və Vitse-prezident Cey Di Venslə görüşü tərəflər arasında sözlü mübahisə ilə yadda qalıb. Nəticədə Volodimir Zelenski danışıqları yarımçıq tərk edib.
Bundan sonra Ağ Evin rəhbəri Donald Tramp bu hərəkəti hörmətsizlik kimi dəyərləndirib:
"Zelenski sülhə qətiyyən hazır deyil" - D. Tramp belə deyib.
Bir çox Avropa liderləri isə Ukraynanın dövlət başçısının analoji addımına dəstək veriblər.