Zelenski Londona yola DÜŞDÜ

 12:45 01.03.2025     75

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Ağ Evdəki qalmaqallı görüşdən sonra Londona uçub.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Ukrayna liderinin təyyarəsinin günorta saatlarında Londona enməsi gözlənilir.

Qeyd edək ki, Böyük Britaniyada Zelenskinin iştirakı ilə Ukraynanın təhlükəsizliyinin təminatına həsr olunmuş Avropa liderlərinin görüşü keçiriləcək.